Çərşənbə axşamı 19.03.2024

UEFA Çempionlar Liqasında ingilis finalı olacaq

UEFA Çempionlar Liqasında ingilis finalı olacaq

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Nüfuzlu turnirin ikinci finalçısı da İngiltərədə bəlli olub.

"Çelsi" və "Real Madrid" cavab görüşündə üz-üzə gəliblər. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığından Londondakı matça maraq böyük idi.

İtaliyalı FIFA referisi Daniele Orsatonun idarə etdiyi qarşılaşmada "Çelsi" 2:0 hesablı qələbə qazanaraq finala yüksəlib.

"Çelsi"nin finaldakı rəqibi İngiltərənin digər klubu "Mançester Siti" olacaq. Həlledici qarşılaşma mayın 29-da Türkiyənin İstanbul şəhərində oynanılacaq.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

"Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 2:0
Qollar: Timo Verner, 28, Meyson Maunt, 85
İlk oyun - 1:1