Çərşənbə axşamı 19.03.2024

Avropa Liqasında finalçılar müəyyənləşdi

Avropa Liqasında finalçılar müəyyənləşdi

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Bununla da qitənin ikinci dərəcəli klub turnirində finalçılar müəyyənləşib.

"Arsenal" İspaniyada 1:2 hesabı ilə uduzduğu "Vilyarreal"ı Londonda qəbul edib. Matç qolsuz bitib və İngiltərə təmsilçisi mübarizəni dayandırıb.

Yarımfinalın digər oyununda isə "Mançester Yunayted" İtaliyada "Roma"nın qonağı olub. Evdəki qarşılaşmada rəqibinə 6:2 hesabı ilə qalib gələn Mançester klubu final vəsiqəsinin taleyini demək olar ki, həll etmişdi. Cavab matçında "Roma" qalib gəlsə də, bu, mərhələ adlamaq üçün kifayət etməyib.

Avropa Liqasının finalı mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.

UEFA Avropa Liqası, yarımfinal

Cavab oyunları

"Arsenal" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 0:0
İlk oyun - 1:2

"Roma" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) - 3:2
Qollar: Ceko, 57. Kristante, 60. Zalevski, 83 – Kavani, 39; 68.
İlk oyun - 2:6