Cümə 29.03.2024

"Keşlə" uduzdu, "Neftçi"dən darmadağın

"Keşlə" uduzdu, "Neftçi"dən darmadağın

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib. İlk oyun günündə iki görüş keçirilb.

Açılış oyunu “Keşlə” ilə “Sumqayıt” arasında keçirilib. Qarşılaşmanın taleyini bir qol həll edib. Rəhim Sadıxov "Sumqayıt"a qələbə qazandırıb.

Günün digər matçında çempionluğa iddialı “Neftçi” səfərdə “Səbail”lə 4 cavabsız qolla qalib gəlib.

Turun qalan iki oyunu sabah keçiriləcək. “Zirə” “Qəbələ”ni, “Sabah” “Qarabağ”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası

26-cı tur

8 may

“Keşlə” – “Sumqayıt” - 0:1
Qol: R.Sadıxov, 78-pen
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”.

“Səbail” – “Neftçi” - 0:4
Qollar: V.Stankoviç, 13. Y.Laval, 62. K.Honda, 72. N.Ələsgərov, 79-pen.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”.