Cümə 26.04.2024

Zirədə heç-heçə, “Qarabağ”dan darmadağın

Zirədə heç-heçə, “Qarabağ”dan darmadağın

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulub. Sonuncu oyun günündə daha iki görüş keçirilib.

Əvvəlcə “Zirə” doğma meydanda “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda qapılara qol vurulmayıb. Bu "Zirə"nin mövsümdə 14-cü, "Qəbələ"nin 10-cu heç-heçəsi olub.

Turun qapanış matçında isə “Qarabağ” “Sabah”la üz-üzə gəlib. Ağdam təmsilçisi 4 cavabsız qolla qalib gələrək liderliyini qoruyub.

İlk oyun günündə "Sumqayıt" səfərdə "Keşlə"ni 1:0, "Neftçi" isə "Səbail"i 4:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası

XXVI tur

“Zirə” – “Qəbələ” - 0:0
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu.

“Sabah” – “Qarabağ” - 0:4
Qollar: A.Zubir, 28. M.Emreli, 32. X.Romero, 41. M.Medvedev, 45+3-pen.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”.