• Çərşənbə axşamı, 22 İyun 2021
news-details
Xəbərlər

“Qarabağ” evdə, “Neftçi” səfərdə qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib. Turun bütün görüşləri eyni gündə baş tutub.

Açılış matçında “Qəbələ” doğma meydanda “Sabah”la üz-üzə gəlib. 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.

Lider “Qarabağ” “Keşlə” ilə qarşılaşıb və 2 cavabsız qolla qələbə qazanıb. İkinci pillədə qərarlaşmış “Neftçi” səfərdə “Sumqayıt”ı minimal hesabla üstələyib.

“Zirə” isə “Səbail”lə görüşdən qalibiyyətlə ayrılıb.

Azərbaycan Premyer Liqası, XXVII tur

14 may (cümə)

“Qəbələ” –“Sabah” - 2:2
Qollar: N.Raysel, 63-pen. S.Vukçeviç, 65 – X.S.Rodriqes, 28. S.Alxasov, 59
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu

“Zirə” – “Səbail” - 2:0
Qollar: A.Ramazanov, 58. N.Andelkoviç, 64.
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Nahid Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu

“Qarabağ” – “Keşlə” - 2:0
Qollar: M.Emreli, 47. K.Ovusu, 74.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Kərim Ağayev
“Azersun Arena”

“Sumqayıt” – “Neftçi” - 0:1
Qol: V.Stankoviç, 45+1.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Kapital Bank Arena”.

Digər xəbərlər