news-details
Xəbərlər

"Neftçi" 9-cu dəfə Azərbaycan çempionu oldu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulub. Sonuncu - XXVIII turun ardından çempion və digər mükafatçılar bəlli olub.

Günün ilk 3 matçı eyni saatda start götürüb. Bürünc medala iddialı iki komandadan "Sumqayıt" "Səbail"i məğlub edib, "Zirə" isə "Sabah"a uduzub. Nəticədə turnir cədvəlində "Zirə"ni qabaqlayan "Sumqayıt" tarixində ilk dəfə bürünc medallara sahib olub. Digər matçda Premyer Liqanın autsayderi "Keşlə" "Qəbələ"ni 3:1 məyus edib.

Mövsümə çempionluğun taleyinin aydınlıq gəldiyi "Neftçi" - "Qarabağ" görüşü ilə yekun vurulub. Bu tura kimi paytaxt təmsilçisi 56, Ağdam klubu isə 57 xal toplamışdı.

"Ağ-qaralar" çempionluq üçün mütləq qələbə qazanmalı idi ki, bunun da öhdəsindən gəlməyi bacarıblar. "Neftçi" "Qarabağ"ı 1:0 məğlub edərək tarixində 9-cu dəfə Azərbaycan çempionu olub.

Azərbaycan Premyer Liqası, XXVIII tur

19 may (çərşənbə)

“Keşlə” – “Qəbələ” - 3:1
Qollar: Ş.Əliyev, 15. S.Rodriqes, 16. V.İsgəndərli, 90+6 – C.Adeniyi, 26.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena”

“Səbail” – “Sumqayıt” - 0:1
Qol: M.Xaçayev, 43.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”

“Sabah” – “Zirə” - 2:1
Qollar: R.Şeydayev, 21. X.S.Rodriqes, 89 – Q.Alıyev, 72-pen.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”

“Neftçi” – “Qarabağ” - 1:0
Qol: A.Ahmedov, 90.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev)
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Dalğa Arena”.

Digər xəbərlər