Cümə axşamı 18.04.2024

Cüdoçularımız dünya çempionatının ilk günündə iki medal qazandı

Cüdoçularımız dünya çempionatının ilk günündə iki medal qazandı

Mərakeşin Marrakeş şəhərində gənclər arasında cüdo üzrə dünya birinciliyi start götürüb. Mundialda 1 idmançı ilə təmsil olunan yığma komandamızın iki üzvü ilk yarış günündə fəxri kürsüdə yer almağı bacarıb.

60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Əhməd Yusifov Koreya, Ukrayna, Türkiyə və Qırğızıstan təmsilçilərini məğlub edərək, finala vəsiqə qazanıb. Həlledici dueldə isə rusiyalı Konstantin Simeonidisə uduzan Yusifov gümüş medalla kifayətlənməli olub.

66 kq-da çıxış edən İbrahim Əliyev isə bürünc medal uğrunda görüşdə rumıniyalı Lusian Dumitreskudan güclü olub və mundialda 3-cü yeri tutub.

Digər idmançılarımıza gəlincə, 60 kq-da mübarizə aparan Rövşən Əliyev ilk görüşündə uduzub. 66 kq-da yarışan Davud Abaslı Ermənistan və Əlcəzair cüdoçularına qalib gəlsə də, 1/4 finalda yaponiyalı rəqibini üstləyə bilməyib. Qızların mübarizəsində isə 52 kq çəkidə mübarizə aparan Gültac Məmmədəliyeva ilk görüşündə italiyalı cüdoçuya məğlub olub.

Qeyd edək ki, dünya birinciliyinə 81 ölkədən 294-ü oğlan, 223-ü qız olmaqla 517 cüdoçu qatılıb. Azərbaycan millisi yarışda 9 oğlan və 2 qız idmançı ilə təmsil olunur.