Cümə 29.03.2024

De Byazi millimizin heyətini açıqladı

De Byazi millimizin heyətini açıqladı

Azərbaycan milli komandasının qarşıdakı yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.

AFFA-nın saytının verdiyi xəbərə görə, baş məşqçi Canni De Byazi qarşıdakı oyunlara 29 futbolçu çağırıb. Onlardan 2-si - Rüstəm Əhmədzadə və Anatoli Nuriyev Ukrayna "Minay"ından dəvət edilib. Qalan oyunçuların hamısı Azərbaycan Premyer Liqasında çıxış edir.

Əhmədzadədən əlavə, Höccət Haqverdi və Murad Xaçayev (hər ikisi "Sumqayıt") yığmaya ilk dəfə çağırılıb. Onların hər üçü milliləşdirilib.

Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişinyovda Moldova ilə yoldaşlıq oyunu keçirəcək.

1. Emil Balayev - Qarabağ
2. Aydın Bayramov - Sumqayıt
3. Mehdi Cənnətov - Sumqayıt
4. Maksim Medvedev - Qarabağ
5. Rahil Məmmədov - Qarabağ
6. Anton Krivotsyuk - Neftçi
7. Şəhriyar Əliyev - Keşlə
8. Bədavi Hüseynov - Qarabağ
9. Azər Salahlı - Keşlə
10. Təmkin Xəlilzadə - Sabah
11. Abbas Hüseynov - Qarabağ
12. Elvin Cəfərquliyev - Qarabağ
13. Hoccət Haqqverdi - Sumqayıt
14. Elvin Bədəlov - Sumqayıt
15. Sərtan Taşkın - Zirə
16. İsmayıl İbrahimli - Qarabağ
17. Murad Xaçayev - Sumqayıt
18. Anatoli Nuriyev - Minay (Ukrayna)
19. Rəhim Sadıxov - Sumqayıt
20. Aleksey İsayev - Sabah
21. Qara Qarayev - Qarabağ
22. Toral Bayramov - Qarabağ
23. Emin Mahmudov - Neftçi
24. Elvin Camalov - Zirə
25. Vüqar Mustafayev - Sumqayıt
26. Namiq Ələsgərov - Neftçi
27. Əli Qurbani - Sumqayıt
28. Ramil Şeydayev - Sabah
29. Rüstəm Əhmədzadə - Minay (Ukrayna)