Cümə axşamı 28.03.2024

Rafael Ağayev finalda uduzdu, İrina Zaretska Avropa çempionu oldu

Rafael Ağayev finalda uduzdu, İrina Zaretska Avropa çempionu oldu

Azərbaycan karateçisi Rafael Ağayev Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

75 kq çəki dərəcəsində çıxış edən idmançı Ukrayna təmsilçisi Stanislav Horuna ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Ağayev gümüş medal qazanıb.

84 kq çəki dərəcəsində mübarizə aparan Pənah Abdullayev final döyüşündə Türkiyə təmsilçisi Uğur Aktaşla qarşılaşıb. Rəqibi ilə mübarizədən məğlub ayrılan Abdullayev də gümüş medalla kifayətlənib.

Qadın karateçimiz İrina Zaretska isə final döyüşündə qələbə qazanıb. 68 kq çəki dərəcəsində çıxış edən idmançımız həlledici görüşdə Yunanıstan təmsilçisi Vasiliki Panetsiduya qalib gələrək Avropa çempionu olub.

İrina Zaretska 2016-cı ildə Avropa, 2018-ci ildə isə dünya çempionatında qızıl medal qazanmışdı.