Azərbaycan Kubokunun final görüşünün bütün təyinatları müəyyənləşib.
Mayın 24-də "Bank Respublika Arena"da "Keşlə" və "Sumqayıt" komandaları arasında keçiriləcək görüş FIFA referisi Əliyar Ağayevə tapşırılıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək və "CBC Sport"la canlı yayımlanacaq.
24 may (bazar ertəsi)
19:30. “Keşlə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Ehtiyat köməkçi hakim: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”.