Cümə 29.03.2024

Azərbaycan Kubokunu "Keşlə" qazandı

Azərbaycan Kubokunu "Keşlə" qazandı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda final oyunu keçirilib. “Bank Respublika Arena”da “Keşlə” və “Sumqayıt” komandaları üz-üzə gəlib. "CBC Sport"la canlı yayımlanan qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edib.

Finalçılar ölkə kubokunda indiyədək yalnız bir dəfə üz-üzə gəlmişdi. 2017/18 mövsümündə rəqiblərin yolları yarımfinalda kəsişmiş, hər iki görüşdə qol sevinci yaşayan “Keşlə” uduzmadığı duelin qalibi kimi finala yüksəlmişdi.

Bu dəfə isə tərəflər kubokun finalında görüşüblər. Oyunda hesabı “Sumqayıt” açıb. Amma qalan dəqiqələrdə iki qol vuran “Keşlə” əzmkar qələbə qazanıb. Beləcə, “Keşlə” tarixində ikinci dəfə Azərbaycan kubokunun qalibi olub. “Sumqayıt” isə ikinci dəfə oynadığı kubokun finalında yenə uduzan tərəf olub.

Azərbaycan kuboku, final

24 may

“Keşlə” - “Sumqayıt” - 2:1
Qollar: Ş.Əliyev, 37. M.Boyoviç, 57 – M.Boyoviç, 3 (avtoqol).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Ehtiyat köməkçi hakim: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”.