• Çərşənbə axşamı, 22 İyun 2021
news-details
Xəbərlər

Məmmədyarov Levon Aronyana qalib gəldi, Rəcəbov liderliyi ələ keçirdi

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi “The FTX Crypto Cup” turnirində növbəti 5 tur keçirilib.

Günün ilk qarşılaşmasında şahmatçılarımız üz-üzə gəliblər. görüşdə heç-heçə qeydə alınıb. Sonrakı turda T.Rəcəbov rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib, ABŞ təmsilçisi Uesli So, fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edib. Günün son turunda argentinalı A.Piçot üzərində qələbə qazanan şahmatçımız xalların sayını 6,5-ə çatdıraraq turnir cədvəlində liderliyi ələ keçirib.

Ş.Məmmədyarov isə 7-ci turda ermənistanlı Levon Aronyanı, daha sonra rusiyalı Yan Nepomnyaşini məğlubiyyətə uğradıb. Doqquzuncu turda ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edən Ş.Məmmədyarov günün son qarşılaşmasında fransalı Maksim Vaşye-Laqravı məğlub edib. Şahmatçımız 5 xalla 10-cu sıradadır.

“The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Üç gün davam edəcək ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək.

“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.

Digər xəbərlər