Çərşənbə axşamı 19.03.2024

“El Klasiko” təxirə salındı

“El Klasiko” təxirə salındı

Artıq bir müddət idi ki, Kataloniyadakı ixtişaşlar səbəbi ilə La Liqanın X turunda keçirilməli olan "Barselona" - "Real Madrid" matçının yerinin dəyişdiriləcəyi və ya təxirə salınacağı xəbərləri dolaşırdı. Artıq “El Klasiko”nun taleyinə aydınlıq gəlib.

Belə ki, yarışların keçirilməsi üzrə komitədən edilən açıqlamaya görə oktyabrın 26-na nəzərdə tutulan qarşılaşma dekabrın 18-nə təxirə salınıb. Hazırda "Real Madrid" 18 xalla birinci, "Barselona" 16 xalla 2-ci pillədədir.

İspaniyanın Ali Məhkəməsi bazar ertəsi müstəqillik referendumunun təşkili ilə məşğul olan və 13 il azadlıqdan məhrum edilmiş bölgə siyasətçilərinə qarşı hökm çıxardıqdan sonra Kataloniyada etiraz aksiyaları başlayıb.

Nəticədə yaranan ixtişaşlarda 250 etirazçı 140 polis əməkdaşı zərər çəkib. La Liqa rəhbərliyi yaşananların oyun zamanı azarkeşlərə təhlükə yaradacağından çəkindiyi üçün sözügedən qərarı verib.