• Çərşənbə axşamı, 22 İyun 2021
news-details
Xəbərlər

"Vilyarreal" tarixində ilk dəfə Avropa Liqasının qalibi oldu

UEFA Avropa Liqasında final oyunu keçirilib. Həlledici görüşdə İspaniyanın "Vilyarreal" və İngiltərənin "Mançester Yunayted" komandaları üz-üzə gəlib.

Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçirilən görüşü fransalı FİFA referisi Kleman Türpen idarə edib.

Qarşılaşmanın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Penaltilər seriyasında daha dəqiq olan “Vilyarreal” tarixində ilk dəfə Avropa Liqasının qalibi olub.

Komandanın baş məşqçisi Unai Emeri isə karyerasının 5-ci Avroliqa finalında 4-cü dəfə titul əldə edib. Bu qələbə sayəsində "Vilyarreal" həm də 2021/2022 mövsümündə Çempionlar Liqasına vəsiqə qazanıb.

UEFA Avropa Liqası

Final

"Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:1 (penaltilərlə - 11:10)
Baş hakim: Kleman Türpen (Fransa)
Polşa, Qdansk stadionu.

Digər xəbərlər