Cümə 29.03.2024

Millimiz Türkiyəyə məğlub oldu

Millimiz Türkiyəyə məğlub oldu

Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirib. Canni De Byazinin başçılıq etdiyi kollektiv Türkiyə yığmasının qonağı olub.

Alanyadakı Oba stadionunda oynanılan qarşılaşmanı Kosovodan olan hakimlər briqadası idarə edib.

Bu, komandalar arasında 8-ci duel olub. İndiyədək baş tutmuş 7 görüşün 4-ü rəsmi, 3-ü yoldaşlıq oyununa təsadüf edib. Oyunların 5-də "ay-ulduzlular", 1-də Azərbaycan millisi qalib gəlmiş, bir qarşılaşmada isə heç-heçə qeydə alınmışdı.

Budəfəki görüşdə hesabı millimiz açsa da, Türkiyə yığması sonradan vurduğu 2 qolla qələbə qazanıb.

Yoldaşlıq oyunu

Türkiyə - Azərbaycan - 2:1
Qollar: H.Dervişoğlu, 34. K.Ayhan, 45 - E.Mahmudov, 28
Hakimlər: Genc Nuza, Fatlum Berişa, Bujar Selimay, Visar Kastrati (Kosovo)
Alanya, Oba stadionu.