Şənbə 20.04.2024

Əliyar Ağayev Türkiyə millisinin oyununu idarə edəcək

Əliyar Ağayev Türkiyə millisinin oyununu idarə edəcək

Mayın 31-də Türkiyənin Antalya şəhərində Türkiyə və Qvineya milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.