Cümə 29.03.2024

"Çelsi" Çempionlar Liqasının ikiqat qalibi oldu

"Çelsi" Çempionlar Liqasının ikiqat qalibi oldu

UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib. Finalda İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları üz-üzə gəliblər.

Portuqaliyanın Portu şəhərindəki “Draqao” stadionunda keçirilən qarşılaşmanı İspaniyadan olan FİFA referisi Antonio Mateu Laos idarə edib.

Həlledici oyunun taleyini bir qol həll edib. “Çelsi” bu görüşdə minimal hesabla qalib gələrək tarixində ikinci dəfə Çempionlar Liqasının qalibi olub.

Nüfuzlu turnirdə ardıcıl üçüncü mövsüm almaniyalı baş məşqçinin komandası çempion adını qazanıb. Yurgen Klopp və Hans-Diter Flikin ardından Tomas Tuhel də Avropanın ən nüfuzlu klub turnirinin kubokuna yiyələnib.

UEFA Çempionlar Liqası

Final

29 may

"Mançester Siti" – "Çelsi" - 0:1
Qol: K.Haverts, 42.
Baş hakim: Antonio Mateu Laos (İspaniya).