news-details
Xəbərlər

"Anadolu Efes" basketbol üzrə Avroliqa çempionu oldu

Basketbol üzrə Avroliqada mövsüm başa çatıb. Almaniyada təşkil edilən final qarşılaşmasında “Barselona” və “Anadolu Efes” komandaları üz-üzə gəlib.

Oyuna İspaniya klubu daha fəal start verib. Nəticədə ilk periodu onlar 22:15 öndə tamamlayıblar. Lakin “Anadolu Efes” bundan sonra aktivləşib. İkinci hissədə rəqibini üstələyən Türkiyə təmsilçisi böyük fasiləyə 39:36 irəlidə yollanıb.

Bundan sonra “Barselona”nın vəziyyəti öz xeyrinə dəyişmə cəhdləri uğurla yekunlaşmayıb. 4-cü periodun gedişində İspaniya klubu dəfələrlə hesabı bərabərləşdirməyə yaxın olsa da, bunu bacarmayıb.

Sonda “Anadolu Efes” 86:81 hesabı ilə qalib gəlib. Oyunun ən yaxşısı 25 xal, 3 ribaund və 5 assistlə Vasiliye Miçiç olub. Nəticədə Türkiyə təmsilçisi tarixində ilk dəfə bu titula sahib çıxıb.

Digər xəbərlər