• Çərşənbə axşamı, 22 İyun 2021
news-details
Xəbərlər

Millimiz Belarus yığmasını məğlub etdi

Bu gün Azərbaycan millisi növbəti yoldaşlıq görüşünü keçirib. Canni De Byazinin çalışdırdığı komanda Minskdə Belarus yığmasının qonağı olub.

"Dinamo" Milli Olimpiya Stadionunda təşkil edilən qarşılaşma iki komanda arasında dördüncü oyun kimi tarixə düşüb. Əvvəlki üç görüş də yoldaşlıq xarakteri daşıyıb. Tərəflər hərəyə bir dəfə minimal hesabla qalib gəlibsə, daha bir qarşılaşma heç-heçə ilə yekunlaşmışdı - 2:2.

Budəfəki qarşılaşma Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyun millinin bir neçə futbolçusu üçün əlamətdar olub.

Start heyətdə meydana çıxan "Sumqayıt"ın müdafiəçisi Höccət Haqverdi və ikinci hissədə oyuna daxil olan Ukraynanın "Minay" klubundan Rüstəm Əhmədzadə millidə debüt edib. Bədavi Hüseynov millidə ilk, Ramil Şeydayev isə 7-ci qolunu vurub.

Yoldaşlıq oyunu

2 iyun

Belarus - Azərbaycan - 1:2
Qollar: M.Skavış, 56 – B.Hüseynov, 73. R.Şeydayev, 90+1.
Hakimlər: Dumitru Muntean, Vadim Vikol, Vladislav Lifsiu (Moldova)
Minsk, "Dinamo" Milli Olimpiya Stadionu.

Digər xəbərlər