• Çərşənbə axşamı, 22 İyun 2021
news-details
Xəbərlər

APL: transfer dövrlərinin tarixi müəyyənləşdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün start götürəcəyi vaxt bəlli olub.

Peşəkar Futbol Liqasının qərarına əsasən, yeni mövsüm avqustun 14-də başlayacaq.

Azərbaycan futbolunda 2021/2022 mövsümünün transfer dövrlərinin də tarixləri müəyyənləşib.

Yay transfer pəncərəsi iyunun 10-da başlayacaq və sentyabrın 1-də başa çatacaq.

Qış transfer dönəmi isə 2022-ci il yanvarın 10-da start götürəcək və fevralın 9-da yekunlaşacaq.

Digər xəbərlər