• Çərşənbə axşamı, 22 İyun 2021
news-details
Xəbərlər

Canni de Byazi: "Həyatda hər şeyə inanmaq lazımdır"

Minsk şəhərindəki Milli Olimpiya Stadionunda keçirilmiş Belarus - Azərbaycan (1:2) beynəlxalq yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında baş məşqçilər fikirlərini bölüşüb:

Canni De Byazi (Azərbaycan milli komandasının baş məşqçisi): “Ağır oyun oldu. Oyunu xilas edə bildik, əziyyətli qələbə qazandıq. Oyunun böyük hissəsinə biz nəzarət edirdik. Nəticədən razı qaldım, amma yenə lazımsız səhvlər etdik. Xoşuma gəlməyən məqamlar oldu. Xüsusən, qol epizodunda böyük səhv buraxdıq. Qapı istiqamətinə 22 zərbə vurmuşuq, amma bunlardan 3-ü hədəfə gedib.
3 gün öncə Bədavi ilə söhbətimizdə qol vurmağın vaxtı gəldiyini demişdim. Sevindirici haldır ki, fərqlənməyi bacardı. Həyatda hər şeyə inanmaq lazımdır. Əgər inansan, hər şey mümkün ola bilər. Onun yaxşı keyfiyyətləri var. Əsasən standart vəziyyətlər zamanı. O ki qaldı debüt edən və sonradan oyuna daxil olan oyunçulara, çox yaxşı təsir bağışladılar. Onlardan çox razı qaldım. Onlar bizim gələcəyimizdir”.

Georgi Kondratyev (Belarus milli komandasının baş məşqçi vəzifəsini icra edən): “Meydanda bacardığımızı etdik. Baxmayaraq ki, optimal heyətlə mübarizə aparmırdıq. Azərbaycan millisinin oyununa bələd idik. Bilirdik ki, yaxşı futbol oynayır. Məğlub olmağımızın əsas səbəbi də məhz bu idi. Rəqib bu oyunda güclü idi”.

Digər xəbərlər