• Çərşənbə axşamı, 22 İyun 2021
news-details
Xəbərlər

Roberto Bordin: "Azərbaycanla oyun bizim üçün çətin olacaq"

Moldova yığmasının baş məşqçisi Roberto Bordin sabah Azərbaycan millisinə qarşı keçirəcəkləri yoxlama oyunundan öncə fikirlərini bölüşüb. O, bu gün təşkil edilən mətbuat konfransında bunları söyləyib:

“Son vaxtlar özünü yaxşı tərəfdən göstərən rəqibə qarşı sabah vacib oyuna çıxacağıq. Azərbaycan yığmasını, onun oyunçularını yaxşı tanıyıram. Onlardan bəzisi mən bu ölkədə çalışdığım dövrdə rəhbərliyim altında oynayıb. Baş məşqçilərinin də zəngin təcrübəsi var. Bizim üçün çətin oyun olacaq. Türkiyə ilə oyunda uduzsaq da, müsbət məqamlar var idi. Öz yolumuza davam etməliyik”.

İtaliyalı mütəxəssis Azərbaycanın zəif və güclü tərəfləri haqqında danışıb: “Rəqibi analiz etmək üçün vaxtımız olub. Bu komanda hazırda yaxşı oynayır. Yaxşı texnikaya malik oyunçular tanıyıram. Fiziki planda da yaxşıdırlar. Bu yaxınlarda Portuqaliya, Qətər və Türkiyə kimi yığmalarla mübarizə aparıblar. Yəni, yaxşı komandadır. Biz bu gün son məşqdən sonra start heyətə və hansı taktika ilə oynayacağımıza qərar verəcəyik”.

Sabah Kişinyovda keçiriləcək Moldova - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək və "CBC Sport"la canlı yayımlanacaq.

Digər xəbərlər