Cümə axşamı 18.04.2024

Dünya çempionatında 12 cüdoçumuz mübarizə aparacaq

Dünya çempionatında 12 cüdoçumuz mübarizə aparacaq

Sabah Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatı start götürür. Olimpiadaya lisenziya xarakterli çempionatda Azərbaycanı 12 cüdoçu təmsil edəcək.

Kişilərin yarışında Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Nurlan Osmanov, Hidayət Heydərov (73 kq), Murad Fətiyev, Zelim Tkçayev (81 kq) və Elmar Qasımov (100 kq) mübarizə aparacaqlar.

Qadınların mübarizəsində isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) təmsil edəcəklər.

6-13 iyun tarixləri aralığında keçiriləcək Dünya çempionatının medal döyüşləri saat 19:00-dan etibarən "CBC Sport"la canlı yayımlanacaq.