news-details
Xəbərlər

Millimiz Moldovaya uduzdu

Azərbaycan millisi bu gün sonuncu yoldaşlıq oyununu keçirib. Canni De Byazinin çalışdırdığı komanda Moldova yığmasının qonağı olub.

Kişinyovdakı "Zimbru" stadionunda oynanılan qarşılaşma komandalar arasında 11-ci görüş olub. İndiyədək keçirilən 10 oyunun 3-də Moldova, 2-də Azərbaycan millisi qələbə qazanmış, 5 görüşdə qalib müəyyənləşməmişdi.

Budəfəki oyunun taleyini bir qol həll edib. Yeganə qolu 8-ci dəqiqədə Vitali Damaşkan vurub.

Daha əvvəl Alanyada Türkiyə yığmasına 1:2 hesabı ilə uduzan Azərbaycan millisi ardınca Minskdə Belarusu eyni hesabla məğlub edib.

Yoldaşlıq oyunu

6 iyun

Moldova - Azərbaycan - 1:0
Qol: V.Damaşkan, 8
Baş hakim: Marian Aleksandru Barbu (Rumıniya)
Kişinyov, "Zimbru" stadionu

Digər xəbərlər