Cümə 29.03.2024

"Qarabağ" xal itirdi, "Keşlə" qələbəni əldən verdi

"Qarabağ" xal itirdi, "Keşlə" qələbəni əldən verdi

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu gün başa çatıb. II dövrə VIII turun qarşılaşmaları ilə başlayıb. İlk oyun günündə iki görüş keçirilib.

İlk dövrəni maksimum nəticə ilə başa vurmuş “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. İlk dövrədə rəqibini 3 cavabsız qolla məğlub etmiş Ağdam klubu bu dəfə heç-heçəyə razılaşıb. Beləcə, son çempion bu mövsümün ilk xal itkisi ilə üzləşib.

Günün digər matçı “Keşlə” və “Sabah” arasında olub. Oyunda hesabı "Keşlə" açıb. Amma "Sabah" son anda məğlubiyyətdən qaçmağı bacarıb və görüş sülhlə bitib.

Tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq. “Neftçi” “Zirə”ni, “Səbail” “Sumqayıt”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası

VIII tur

19 oktyabr (şənbə)

“Qəbələ” – “Qarabağ” - 1:1

Qollar: Q.Alıyev, 3 - İ.İbrahimli, 9

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu

“Keşlə” – “Sabah” - 1:1

Qollar: V.İsgəndərli, 16 - H.Ekşteyn, 90+2

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Asif Əliyev

“ASCO Arena”