• Çərşənbə axşamı, 22 İyun 2021
news-details
Xəbərlər

Olimpiyaçılarımız Polşada mübarizə aparacaq

İyunun 8-də Varşavada güləş üzrə “Poland Open” turniri start götürəcək.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, reytinq xarakterli yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq.

Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) xalça üzərinə çıxacaq.

Yarışın proqramına əsasən, sabah Əliyevlə Şərifov, iyunun 9-da isə Hacıyev mübarizəyə start verəcək. Hər 3 idmançı Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək.

Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.

Digər xəbərlər