Cümə axşamı 18.04.2024

"Qarabağ" 2, "Keşlə" 10 futbolçu ilə müqavilə müddətini uzatdı

"Qarabağ" 2, "Keşlə" 10 futbolçu ilə müqavilə müddətini uzatdı

“Qarabağ” futbolçuları Abbas Hüseynov və Rahil Məmmədov ilə yeni müqavilə imzalayıb. Bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə hər iki müdafiəçi ilə iki illik yeni müqavilə imzalandığı diqqətə çatdırılıb.

“Keşlə” klubu isə 10 futbolçusu ilə müqavilənin müddətini uzadıb. Paytaxt təmsilçisindən verilən məlumata görə, Tərlan Quliyev, Tural Axundov, Kamal Bayramov, İlkin Qırtımov, Miyusko Boyoviç, Rail Məlikov, Ruslan Əmircanov, Stanislav Namaşko və Rafael Məhərrəmli ilə yeni sözləşmə imzalanıb.

“Sabah”dan icarəyə götürülmüş Elçin Mustafayevin isə icarə müddəti artırılıb.