news-details
Xəbərlər

"Sumqayıt" Ayxan Abbasovla bağlı qərar verdi

"Sumqayıt" klubu baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddətini uzadıb.

"Gənclik şəhəri" təmsilçisinin saytının verdiyi xəbərə görə, 40 yaşlı mütəxəssis növbəti mövsümdə də komandanın sükanı arxasında olacaq.

Ayxan Abbasovun rəhbərliyi altında 80 oyun keçirən “Sumqayıt” həmin qarşılaşmalarda 26 qələbə, 22 heç-heçə və 32 məğlubiyyət əldə edib.

Komanda onun rəhbərliyi ilə ilk dəfə Azərbaycan Premyer Liqasının mükafatçıları sırasına düşüb (3-cü yer), 2 dəfə Azərbaycan Kubokunun finalında iştirak edib, 2 dəfə isə avrokuboklara vəsiqə qazanıb.

Digər xəbərlər