Cümə 26.04.2024

AFFA uşaqlara AVRO-2020-nin biletlərini hədiyyə etdi - FOTO

AFFA uşaqlara AVRO-2020-nin biletlərini hədiyyə etdi - FOTO

AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı AFFA korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun sindromlu uşaqların reabilitasiya mərkəzi, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyi, YAŞAT fondu, LU-MUN, Qadın və Uşaq Sığınacağı, COVİD-19 pandemiyası dövründə fəaliyyət göstərən tibb işçiləri (onların övladları) üçün biletlərin ayrılması barədə qərar qəbul edib.

İyunun 12-də keçiriləcək Uels – İsveçrə oyunu üçün ayrılmış biletlər iyunun 10-da Bakı Olimpiya Stadionunda AFFA-nın nümayəndəsi tərəfindən adı qeyd olunmuş qurumlara bu və ya digər şəkildə aidiyyəti olan uşaqlara, eləcə də onları müşayiət edən şəxslərə təqdim olunub.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.