Cümə axşamı 25.04.2024

Uels məğlubiyyətdən qaçdı, Finlandiya və Belçikadan qələbə

Uels məğlubiyyətdən qaçdı, Finlandiya və Belçikadan qələbə

Bu gün Avropa çempionatının qrup mərhələsində daha üç oyun keçirilib. A qrupunda bir, B qrupunda isə iki matç olacaq.

İkinci oyun günündəki görüşlərdən biri paytaxtımızda təşkil edilib. Bakı Olimpiya Stadionunda A qrupunda mübarizə aparan Uels və İsveçrə yığmaları üz-üzə gəlib. Matç 1:1 hesabı ilə bitib.

Daha sonra B qrupunun oyunlarına start verilib. Əvvəlcə Kopenhagendə Danimarka yığması Finlandiya ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahiblərinin futbolçusu Kristian Eriksenin huşunu itirməsindən sonra dramatik anlara səhnə olan görüş bir müddət sonra davam etdirilib. Oyunda bir qol qeydə alınıb. Finlandiya AÇ tarixində ilk qələbəsini qazanıb.

Günün son matçı isə Rusiya və Belçika milliləri üz-üzə gəlib. Bu oyun Sankt-Peterburqda təşkil olunub. Belçikalılar 3 cavabsız qolla qalib gəliblər.

AVRO-2020

12 iyun

A qrupu

Uels – İsveçrə - 1:1
Qollar: K.Mur, 74 – B.Embolo, 49.
Baş hakim: Kleman Turpen (Fransa).
Bakı. Olimpiya Stadionu.

B qrupu

Danimarka – Finlandiya - 0:1
Qol: Y.Pohyanpalo, 60
Baş hakim: Entoni Teylor (İngiltərə).
Kopenhagen. Parken stadionu.

Belçika – Rusiya - 3:0
Qollar: R.Lukaku, 10; 88. T.Munye, 34.
Baş hakim: Antonio Mateu Lahos (İspaniya).
Sankt-Peterburq. Yeni Zenit stadionu.