news-details
Xəbərlər

İspaniya heç-heçə, Çexiya və Slovakiya qələbə ilə başladı

AVRO-2020-də daha 3 oyun keçirilib. Qarşılaşmaların biri D, ikisi isə E qrupunda təşkil edilib.

Əvvəlcə D qrupu çərçivəsində Şotlandiya və Çexiya yığmaları üz-üzə gəlib. Patrik Şik dubl edərək çexiyalılara qələbə qazandırıb.

Günün ikinci matçı E qrupunda Polşa və Slovakiya yığmaları arasında olub. 3 qolun vurulduğu görüşdə slovakiyalılar oyundan qalib ayrılıb. Qrupun digər oyununda isə İspaniya və İsveç milli komandaları qarşılaşıb. Tərəflərin səylərinə baxmayaraq qapılar toxunulmaz qalıb.

AVRO-2020

14 iyun

D qrupu

Şotlandiya – Çexiya - 0:2
Qollar: P.Şik, 42; 52.
Baş hakim: Daniel Zibert (Almaniya).
Qlazqo. Hampden Park stadionu.

E qrupu

Polşa – Slovakiya - 1:2
Qollar: K.Linetti, 46 – V.Şesnı, 18 (avtoqol). M.Şkrinyar, 69
Baş hakim: Ovidiu Hateqan (Rumıniya).
Sankt-Peterburq. Yeni Zenit stadionu.

İspaniya – İsveç - 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Sevilya. Olimpiya stadionu.

Digər xəbərlər