news-details
Xəbərlər

Çempionlar Liqası: “Neftçi”nin rəqibi müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb. Qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunan mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayıb.

Azərbaycan çempionu “Neftçi”nin də avrokubok mövsümündəki ilk rəqibi bəlli olub. Səpələnməmişlər sırasında yer alan paytaxt klubu 1-ci təsnifat mərhələsində “Dinamo”ya (Tiflis, Gürcüstan) rəqib olacaq.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də keçiriləcək.

Digər xəbərlər