Cümə 19.04.2024

AVRO-2020: Almaniya Fransaya uduzdu, Portuqaliya darmadağına sevindi

AVRO-2020: Almaniya Fransaya uduzdu, Portuqaliya darmadağına sevindi

AVRO-2020-də qrup mərhələsinin ilk turunun son iki oyun keçirilib. Hər iki qarşılaşma F qrupunda olub.

Günün ilk matçı Macarıstanda yerli yığma ilə turnirin son qalibi Portuqaliya arasında təşkil edilib. Budapeştdəki "Puşkaş Arena"da türkiyəli FIFA referisi Cüneyt Çakırın idarə etdiyi matç portuqaliyalıların 3:0 hesablı qələbəsi ilə bitib.

Digər matçda isə Almaniya və Fransa milli komandaları üz-üzə gəlib. Münhendəki eyniadlı areanda baş tutan görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olub. Matçın taleyini bir qol həll edib. Mats Hummelsin avtoqolu fransızlara 3 xal qazandırıb.

AVRO-2020

F qrupu, I tur

Macarıstan - Portuqaliya - 0:3
Qollar: R.Gerreyro, 84. K.Ronaldo, 86-pen; 90+2.
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Budapeşt, "Puşkaş Arena"

Fransa - Almaniya - 1:0
Qol: M.Hummels, 20 (avtoqol)
Baş hakim: Karlos del Serro Qrande
Münhen, "Münhen Futbol Arenası"