Çərşənbə 24.04.2024

Konfrans Liqası: "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin rəqibi müəyyənləşdi

Konfrans Liqası: "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin rəqibi müəyyənləşdi

Bu gün Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində təşkil olunmuş püşkatma mərasimində Azərbaycanın “Qarabağ”, “Sumqayıt” və “Keşlə” klublarının da rəqibləri məlum olub.

“Qarabağ” bu mərhələdə İsrailin “Aşdod” klubu ilə qarşılaşacaq. “Sumqayıt” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Serbiyanın “Çukariçki”, “Keşlə” isə Rusiyanın “Soçi” klubu ilə üz-üzə gələcək.

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Neftçi” burada mübarizəni dayandırsa, Avropa Konfrans Liqasına düşəcək. “Ağ-qaralar” bu turnirin 2-ci təsnifat mərhələsində Makkabi (Hayfa, İsrail) – Kayrat (Qazaxıstan) cütünün məğlubu ilə qarşılaşacaq.

“Sumqayıt” və “Keşlə” turnirə səfərdə başlayacaq. “Qarabağ” isə ilk matçı evdə oynayacaq. “Neftçi” də bu turnirə qatılmalı olsa, ilk oyununu evdə keçirəcək.

Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. İlk raundun matçları isə iyulun 8-də və 15-də baş tutacaq.