news-details
Xəbərlər

AVRO-2020: Belçika və Niderland da 1/8 finalda!

Avropa çempionatında daha 3 oyun keçirilib. Görüşlərdən biri B, ikisi isə C qrupunda təşkil edilib.

Günün ilk oyunu Rumıniyada olub. C qrupunda Ukrayna millisi Buxarestdəki "Milli Arena"da Şimali Makedoniya ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Günün ikinci qarşılaşması B qrupunda Danimarka və Belçika milli komandaları arasında təşkil edilib. Kopenhagendəki "Parken" stadionunda oynanılan matçda hesabı danimarkalılar açsa da, Belçika ikinci hissədə vurduğu 2 qolla qələbə qazanıb və 1/8 finala yüksəlib.

C qrupunun digər görüşündə Niderland yığması Avstriya ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Amsterdamdakı "Yohan Kroyf Arena"da keçirilib. Niderlandlılar inamlı qələbə sayəsində 1/8 finala çıxıblar.

Avropa çempionatı

B qrupu, II tur

Danimarka - Belçika - 1:2
Qollar: Y.Poulsen, 2 – T.Hazard, 55. K.D.Bruyne, 71
Baş hakim: Byörn Kuypers (Niderland)
Kopenhagen, "Parken" stadionu

C qrupu

Ukrayna - Şimali Makedoniya - 2:1
Qollar: A.Yarmolenko, 29. R.Yaremçuk, 34 – E.Alioski, 57-pen.
Baş hakim: Fernando Rapallini (Argentina)
Buxarest, "Milli Arena"

Niderland - Avstriya - 2:0
Qollar: M.Depay, 11-pen. D.Dumfris, 67
Baş hakim: Orel Qrinfeld (İsrail)
Amsterdam. Yohan Kroyf Arena.

Digər xəbərlər