Şənbə 20.04.2024

"Neftçi" 3 xalı 3 qolla qazandı

"Neftçi" 3 xalı 3 qolla qazandı

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq. İkinci oyun günündə keçirilməsi nəzərdə tutulan qarşılaşmalardan biri artıq başa çatıb.

İki paytaxt təmsilçisi - “Neftçi” və “Zirə” "Bakcell Arena"da üz-üzə gəlib. İlk dövrədə Zirədə təşkil olunan matçda meydan sahibləri minimal hesabla üstün olmuşdular.

Bu dəfə "Neftçi" qələbəni bayram edən tərəf olub. "Ağ-qaralar" 3 xalı 3 cavabsız qolla qazanıblar və turnir cədvəlində "Keşlə"ni geridə qoyaraq ikinci pilləyə yüksəliblər.

Qeyd edək ki, turun ilk oyun gündə "Qarabağ" "Qəbələ" ilə, "Keşlə" isə "Sabah"la 1:1 hesablı heç-heçə edib.

Azərbaycan Premyer Liqası

VIII tur

20 oktyabr

“Neftçi” – “Zirə” - 3:0

Qollar: D.Federiko, 27. B.Dabo, 46. S.Monroz, 77.

Hakimlər: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev.

“Bakcell Arena”