Cümə axşamı 28.03.2024

İsveç qalib gəldi, Xorvatiya və İngiltərə heç-heçə etdi

İsveç qalib gəldi, Xorvatiya və İngiltərə heç-heçə etdi

Bu gün AVRO-2020-də daha üç qarşılaşma keçirilib. Görüşlərdən ikisi D, biri isə E qrupunda oynanılıb.

Əvvəlcə E qrupu çərçivəsində İsveç və Slovakiya yığmaları üz-üzə gəlib. Slovakiya yığması bu oyundan qalib ayrılsaydı, 1/8 finala vəsiqəni təmin edəcəkdi. Ancaq sevinən tərəf isveçlilər olub.

D qrupunda isə Çexiya Xorvatiyanı, İngiltərə də Şotlandiyanı sınağa çəkib. Çexlər və ingilislər bu oyunda da qələbə qazansaydılar, növbəti mərhələyə vəsiqəni təmin edəcəkdilər. Amma hər iki qarşılaşmada heç-heçə qeydə alınıb.

İki turdan sonra İtaliya, Belçika və Niderland yığmaları artıq 1/8 finala vəsiqə qazanıb.

AVRO-2020

18 iyun

E qrupu

İsveç – Slovakiya - 1:0
Qol: E.Forsberq, 77-pen.
Baş hakim: Daniel Zibert (Almaniya).
Sankt-Peterburq. Yeni Zenit stadionu.

D qrupu

Xorvatiya – Çexiya - 1:1
Qollar: İ.Perişiç, 47 – P.Şik, 37-pen
Baş hakim: Karlos del Serro Qrande (İspaniya).
Qlazqo. “Hampden Park” stadionu.

İngiltərə – Şotlandiya - 0:0
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya).
London. “Uembli” stadionu.