Cümə 26.04.2024

İspaniya və Fransa xal itirdi, Almaniya qalib gəldi

İspaniya və Fransa xal itirdi, Almaniya qalib gəldi

Bu gün Avropa çempionatının qrup mərhələsində II tura yekun vurulub. Oyunlardan ikisi F, biri isə E qrupunda oynanılıb.

Günün ilk matçı F qrupunda Macarıstan və Fransa yığmaları arasında olub. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən qarşılaşmada Fransa qələbə qazanacağı təqdirdə 1/8 final mərhələsinə vəsiqəni təmin edəcəkdi. Ancaq oyun 1:1 hesabı ilə yekunlaşıb.

Qrupun digər görüşündə son çempion Portuqaliya Almaniya ilə üz-üzə gəlib. Münhendəki eyniadlı stadionda keçirilən oyunda Portuqaliya güclü rəqibinə qalib gəlsəydi, növbəti mərhələyə vəsiqə qazanacaqdı. Amma 6 qolun vurulduğu görüşdə sevinən tərəf Bundestim olub.

Günün son matçı E qrupunda təşkil edilib. Sevilya şəhərindəki "Estadio La Kartuxa" stadionunda İspaniya millisi Polşa ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib.

AVRO-2020, II tur

F qrupu

Macarıstan - Fransa - 1:1
Qollar: A.Fiola, 45+2 – A.Qrizmann, 66.
Baş hakim: Maykl Oliver (İngiltərə)
Budapeşt. "Puşkaş Arena"

Portuqaliya - Almaniya - 2:4
Qollar: Ronaldu, 15, Jota, 67 - Diaş, 35 (avtoqol), Qerreyro, 39 (avtoqol), Haverts, 51, Qosens, 60
Baş hakim: Entoni Teylor (İngiltərə)
Münhen. "Münhen Arena"

E qrupu

İspaniya - Polşa - 1:1
Qollar: Morata, 25 - Levandovski, 54
Baş hakim: Daniele Orsato (İtaliya)
Sevilya. "Estadio La Cartuxa" stadionu