Şənbə 20.04.2024

AVRO-2020: Türkiyə millisi qrupda qaldı, Uels 1/8 finalda

AVRO-2020: Türkiyə millisi qrupda qaldı, Uels 1/8 finalda

Bu gün Avropa çempionatının qrup mərhələsində sonuncu - III tura start verilib. Əvvəlcə A qrupunun oyunları keçirilib. Qarşılaşmalardan biri Bakıda, digəri Romada oynanılıb.

Türkiyə millisi Bakı Olimpiya Stadionunda İsveçrə ilə üz-üzə gəlib. Şenol Günəşin komandası bu oyunda qələbə qazansaydı belə, 1/8 finala yüksəlmək üçün digər qruplardakı oyunlarının nəticələrini gözləməli olacaqdı. Ancaq 4 qolun vurulduğu matçda isveçrəlilər sevinib.

Qrupun digər matçında lider İtaliya Uelslə qarşılaşıb. İtaliya yığması iki turdan sonra 1/8 finala vəsiqəni təmin edib. Uelsə isə növbəti mərhələ üçün heç-heçə də sərf edirdi. Ancaq Appenin təmsilçisi bu görüşdə minimalhesablı qələbə qazanıb.

Bu nəticələrdən sonra İtaliya və Uels yığmaları növbəti mərhələyə vəsiqəni təmin ediblər. İsveçrə yığması isə qrup üçüncüsü kimi hələ digər qrupların nəticələrini gözləməli olacaq.

AVRO-2020, III tur

A qrupu

İsveçrə - Türkiyə - 3:1
Qollar: H.Seferoviç, 6. C.Şakiri, 26; 68 – İ.C.Kahveci, 62.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Bakı Olimpiya Stadionu.

İtaliya - Uels - 1:0
Qol: M.Pessina, 39
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
Roma, "Olimpiko" stadionu.