news-details
Xəbərlər

Niderland, Belçika, Avstriya və Danimarka 1/8 finalda!

AVRO-2020-də qrup mərhələsinin oyunları davam edir. Bu gün daha dörd qarşılaşma təşkil olunub.

Əvvəlcə C qrupunda mübarizəyə yekun vurulub. Qrupdan çıxmağı təmin edən Niderland millisi Şimali Makedoniya ilə qarşılaşmada 3 cavabsız qolla qələbə qazanıb. Eyni xala malik Ukrayna və Avstriya yığmalarının görüşü isə daha böyük maraqla gözlənilirdi. Matçın taleyini bir qol həll edib. Avstriya yığması qalib gələrək növbəti mərhələyə yüksəlib.

Daha sonra B qrupu çərçivəsində Rusiya – Danimarka və Finlandiya – Belçika görüşləri keçirilib. Belçika qrupdan çıxmağı ötən tur təmin edib. Digər oyunda Danimarka yığması rusları böyük hesabla məğlub edib. Son üç pillənin sahibləri eyni xala malik olsa da, daha yaxşı top fərqinə malik Danimarka millisi qrup ikincisi kimi növbəti mərhələyə adlayıb.

AVRO-2020, III tur

21 iyun

C qrupu

Şimali Makedoniya – Niderland - 0:3
Qollar: M.Depay, 24. C.Veynaldum, 51; 58.
Baş hakim: İstvan Kovaç (Rumıniya).
Amsterdam. Yohan Kroyf Arena.

Ukrayna – Avstriya - 0:1
Qol: K.Baumqartner, 21.
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Buxarest. Milli Arena.

B qrupu

Rusiya – Danimarka - 1:4
Qollar: A.Dzyuba, 70-pen – M.Damsqaard, 38. Y.Poulsen, 59. A.Kristensen, 79. Y.Mehle, 82.
Baş hakim: Klemen Turpen (Fransa).
Kopenhagen. “Parken” stadionu.

Finlandiya – Belçika - 0:2
Qollar: L.Hradeçki, 74 (avtoqol) R.Lukaku, 81.
Baş hakim: Feliks Brıx (Almaniya).
Sankt-Peterburq. Yeni Zenit stadionu.

Digər xəbərlər