news-details
Xəbərlər

Azərbaycan cüdo tarixində ilk

Azərbaycan cüdo tarixində ilk yaşanıb. Kişi cüdoçularımız Olimpiadaya bütün çəkilərdə lisenziya qazanıblar. Beynəlxalq Cüdo Federasiyası Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançıların siyahısını açıqlayıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumatda bildirilir ki, olimpiya reytinqinə əsasən, müəyyənləşən vəsiqələrə 110 ölkənin cüdoçuları sahib olublar. Onlar arasında Azərbaycan millisinin 12 üzvü də var. Cüdo tariximizdə ilk dəfə olaraq kişilərdən ibarət milli komandamızın Olimpiya Oyunlarına tam heyətlə yollanacağı rəsmiləşib.

Cüdoçularımızdan Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi -100 kq) və Uşanqi Kokauri (+100 kq) lisenziyalara sahib çıxıb.

Qeyd edək ki, Olimpiya Oyunlarında ölkəni hər çəki dərəcəsində bir idmançı təmsil edə bilər. Tokioya yollanacaq kişi cüdoçularımızın siyahısı yaxın günlərdə milli komandanın məşqçi heyəti tərəfindən açıqlanacaq.

Qadınlardan ibarət millimizin heyətində isə Aişə Qurbanlı (-48 kq) və İrina Kindzerska (+78 kq) Tokio-2020-də iştirak hüququna yiyələnib.

Digər xəbərlər