news-details
Xəbərlər

AVRO-2020: Danimarka və İtaliya 1/4 finalda!

Bu gün Avropa çempionatına 1/8 final mərhələsinə start verilib. İlk oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçı Amsterdamdakı "Yohan Kroyf Arena"da Uels və Danimarka yığmaları arasında olub. Bakı vaxtı ilə saat 20:00-da başlayan oyunu almaniyalı FIFA referisi Daniel Zibert idarə edib. Danimarkalılar 4 cavabsız qolla qalib gəliblər və ilk 1/4 finalçı olublar. Danimarka yığmasının Bakıda baş tutacaq 1/4 final matçındakı rəqibi bu gün Niderland – Çexiya görüşündə dəqiqləşəcək.

Günün son oyununda isə İtaliya və Avstriya yığmaları Londondakı "Uembli" stadionunda üz-üzə gəliblər. Bakı vaxtı ilə saat 23:00-da başlayan qarşılaşmanın baş hakimi ingiltərəli Entoni Teylor olub. Əsas vaxtda hesab açılmadığı üçün, əlavə vaxt təyin olunub. Appenin təmsilçisi burada qalib gələrək 1/4 finala vəsiqəni təmin edib. İtaliyanın bu mərhələdəki rəqibi Belçika - Portuqaliya oyununda müəyyənləşəcək.

Avropa çempionatı

1/8 final mərhələsi

Uels - Danimarka - 0:4
Qollar: K.Dolberq, 27; 48. Y.Mehle, 88. M.Breytveyt, 90+6.
Baş hakim: Daniel Zibert (Almaniya)
Amsterdam, "Yohan Kroyf Arena"

İtaliya - Avstriya - 2:1
Qolar: F.Kyeza, 95. M.Pessina, 105 – S.Kaladziç, 114.
Baş hakim: Entoni Teylor (İngiltərə)
London, "Uembli" stadionu

Digər xəbərlər