Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində daha iki oyun keçirilib.
Budapeştdəki “Puşkaş Arena”da Niderland və Çexiya yığmaları üz-üzə gəlib. Favorit "narıncılar" göstərilsə də, çexiyalılar inamlı qələbə sayəsində 1/4 finala yüksəliblər.
Günün digər matçı isə Sevilyada, Belçika və Portuqaliya yığmaları arasında keçirilib. Bu oyun isə Belçika yığmasının minimalhesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, 1/4 finalda Çexiya Bakıda Danimarkayla, Belçika isə Münhendə İtaliya ilə qarşılaşacaq.
AVRO-2020, 1/8 final
27 iyun
Niderland – Çexiya - 0:2
Qollar: T.Holeş, 68. P.Şik, 80.
Qırmızı vərəqə: M.De Liqt, 55.
Baş hakim: Sergey Karasyov (Rusiya).
Budapeşt. “Puşkaş Arena”.
Belçika – Portuqaliya - 1:0
Qol: T.Hazard, 42.
Baş hakim: Feliks Brıx (Almaniya).
Sevilya. “La Kartuxa” stadionu.