news-details
Xəbərlər

AVRO-2020: İspaniya 1/4 finalda, Fransa mübarizəni dayandırdı

Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində daha iki oyun keçirilib.

Kopenhagendəki “Parken” stadionunda Xorvatiya və İspaniya yığmaları üz-üzə gəlib. Oyunun əsas vaxtında qapılara 6 qol vurulsa da, qalib müəyyənləşməyib. Əlavə vaxtda daha iki qol vuran ispanlar 1/4 finala yüksəliblər.

Günün digər matçı Buxarestdə, Fransa və İsveçrə milli komandaları arasında keçirilib. Bu görüşün də əsas vaxtında 3:3 heablı bərabərlik qeydə alınıb. Əlavə vaxtda isə hesab dəyişməyib. Qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İsveçrə yığması böyük sürprizə imza ataraq 1/4 finala vəsiqə qazanıb.

Xatırladaq ki, daha öncə İtaliya, Danimarka, Çexiya və Belçika yığmaları 1/4 finala vəsiqəni təmin edib.

AVRO-2020, 1/8 final

28 iyun

Xorvatiya – İspaniya - 3:5
Qollar: Pedri, 20 (avtoqol), M.Orşiç, 85. M.Paşaliç, 90+2 – P.Sarabiya, 38. S.Aspilikueta, 57. F.Torres, 77. A.Morata, 100. M.Oyarzabal, 103.
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Kopenhagen. “Parken” stadionu.

Fransa – İsveçrə - 3:3 (penaltilər 4:5)
Qollar: K.Benzema, 57; 59. P.Poqba, 75 – H.Seferoviç, 15; 81. M.Qavranoviç, 90.
Matçın 55-ci dəqiqəsində R.Rodriqes (İsveçrə) penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Fernando Andres Rapallini (Argentina)
Buxarest. Milli stadion.

Digər xəbərlər