news-details
Xəbərlər

Tokio Olimpiadasına 11 para-cüdoçumuz lisenziya qazandı

Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış paracüdoçuların adları açıqlanıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, həmin vəsiqələrə reytinq xarakterli yarışlarda yüksək nəticələr əldə etmiş 6 kişi və 5 qadın para-cüdoçu sahib olub.

Kişilər:

Vüqar Şirinli (-60 kq)
Namiq Abaslı (-66 kq)
Ramil Qasımov (-73 kq)
Hüseyn Rəhimli (-81 kq)
Kənan Abdullaxanlı (-100 kq)
İlham Zəkiyev (+100 kq)

Qadınlar:

Şəhanə Hacıyeva (-48 kq)
Bəsti Səfərova (-52 kq)
Sevda Vəliyeva (-57 kq)
Xanım Hüseynova (-63 kq)
Dürsədəf Kərimova (+70 kq)

Rio 2016 Yay Paralimpiya Oyunlarında ölkəmiz 6 kişi və 1 qadın olmaqla ümumilikdə 7 paracüdoçu ilə təmsil olunurdu. Bununla Milli Paralimpiya Komandasının Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına qazanılmış lisenziyaların sayı 31-ə çatıb. Onlardan 11-i cüdo, 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündəndir.

Rio 2016 XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandası 22 idmançısı lisenziya qazanmışdır.

Digər xəbərlər