Cümə axşamı 28.03.2024

AVRO-2020: 1/4 final cütləri müəyyənləşdi

AVRO-2020: 1/4 final cütləri müəyyənləşdi

Avropa çempionatında 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

İyulun 2-də Rusiyanın Sankt-Peterburq şəhərində Bakı vaxtı ilə saat 20:00-da İsveçrə və İspaniya yığmaları üz-üzə gələcək. Saat 23:00-da isə Almaniyanın Münhen şəhərində Belçika və İtaliya milliləri görüşəcək.

İyulun 3-də ilk oyun Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka yığmaları arasında olacaq. Matçın start fiti saat 20:00-da çalınacaq. Saat 23:00-da isə İtaliyanın paytaxtı Romada Ukrayna və İngiltərə milliləri üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal oyunları 6-7 iyulda, final matçı 11 iyunda İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək.