Şənbə 20.04.2024

Ramil Şeydayev "Qarabağ"a keçir

Ramil Şeydayev "Qarabağ"a keçir

“Sabah” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb. Klubdan verilən məlumata görə, 2020-ci ilin fevralından "Sabah"ın formasını geyin 25 yaşlı hücumçunun başa çatan müqaviləsi yenilənməyib.

Ramilin yeni klubunun da adına aydınlıq gəlib. Hücumçu keçmiş komandası "Qarabağ"a qayıdıb. Anlaşmanın müddətinin 2 illik olacağı gözlənilir.

Şeydayev 2017/18 mövsümündə "Qarabağ"ın heyətində çıxış edərək Azərbaycan çempionu olub. O, meydana çıxdığı 15 oyunda cəmi bir dəfə rəqib qapılarına yol tapıb.