Cümə axşamı 18.04.2024

AVRO-2020: İspaniya və İtaliya yarımfinalda!

AVRO-2020: İspaniya və İtaliya yarımfinalda!

AVRO-2020-də 1/4 final mərhələsinin oyunlarına start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Əvvəlcə İsveçrə və İspaniya milliləri qarşılaşıb. Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Penaltilər seriyasında daha dəqiq oynayan ispanlar ilk yarımfinalçı olublar.

Günün digər matçı Almaniyanın Münhen şəhərində turnirin favoritləri Belçika və İtaliya milliləri arasında keçirilib. Üç qolun qeydə alındığı matç italyanların qələbəsiylə başa çatıb.

Beləcə, İtaliya millisi yarımfinalda İspaniya millisinə rəqib olub.Qarşılaşma iyulun 6-sı "Uembli" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

AVRO-2020, 1/4 final

2 iyul

İsveçrə – İspaniya - 1:1 (penaltilər 1:3)
Qollar: C.Şakiri, 68 – D.Zakariya, 8 (avtoqol)
Qırmızı vərəqə: R.Froyler, 77.
Baş hakim: Mayk Oliver (İngiltərə)
Sankt-Peterburq. “Zenit” stadionu.

Belçika – İtaliya - 1:2
Qollar: R.Lukaku, 45+2-pen – N.Barella, 31. L.İnsinye, 44.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen. “Alyans Arena”.