Şənbə 20.04.2024

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

Bu gün Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının 2021/22 mövsümündə ilk oyununa çıxıb. Paytaxt klubu 7 ildən sonra qitənin ən nüfuzlu klub turnirində qüvvəsini sınayıb.

"Neftçi" I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə qarşılaşıb. Boris Payçadze adına “Dinamo Arena”da keçirilən qarşılaşmanı israilli FIFA referisi David Fuksman idarə edib. Üç qolun vurulduğu oyunda "Neftçi" 2:1 hesablı qələbəyə sevinib.

Komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

"Dinamo" Tbilisi (Gürcüstan) - "Neftçi" - 1:2
Qollar: Z.Maruşiç, 36 – N.Ələsgərov, 23. E.Mahmudov, 57-pen
Baş hakim: David Fuksman (İsrail)
UEFA nümayəndəsi: Lukas Soyski (Polşa)
Hakim-inspektor: Uilyam Yanq (Şotlandiya)
Tbilisi, Boris Payçadze adına “Dinamo Arena”