Cümə axşamı 25.04.2024

AVRO-2020: final oyununa təyinatlar açıqlandı

AVRO-2020: final oyununa təyinatlar açıqlandı

Avropa çempionatının finalında üz-üzə gələcək İtaliya və İngiltərə yığmalarının oyununa təyinatlar açıqlanıb.

Görüşü niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək. Ona yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını isə Bastian Dankert yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 11-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.